Proqram haqda



 

“Bonus Plus” nədir?

“Bonus Plus” – hər alış-veriş zamanı istifadəçilərinə bonuslar qazandıran proqramdır. “Bonus Plus” proqramının istifadəçiləri proqramın partnyoru olan istənilən ticarət və iaşə nöqtəsində ödənişlər etdikcə, ödənilən məbləğin 50%-dək hissəsini bonus şəkilində geri qazanırlar. İstifadəçi toplanan bonusları istənilən zaman aldığı məhsul və xidmətin qiymətindən endirim şəkilində istifadə edə bilər. Bonusların sayı məhsulun qiyməti qədər olsa, istifadəçi həmin məhsulu tam pulsuz olaraq əldə edə bilər. Eyni zamanda, “Bonus Plus” proqramına qoşulmaqla, istifadəçilər müxtəlif aksiyalardan, xüsusi endirimlərdən və digər sərfəli təkliflərdən yararlanmaq imkanı qazanırlar.

 

“Bonus Plus” harada keçərlidir?

"Bonus Plus" proqramı "Maxi.az" mağazalarında, "CafeCity" kafelər şəbəkəsi ("Cafecity Wine" Cafecity Qız Qalası),"La Quzu" milli mətbəx restoranı, "Samsung Service Plaza" və "Texnoservis" təmir işləri mərkəzlərində keçərlidir.

 

"Bonus Plus" proqramına necə üzv olmaq olar?

"Bonus Plus" proqramına qoşulmaq üçün, "Play Market" və ya "App Store"dan "Bonus Plus" mobil əlavəsini yükləyib, qeydiyyatdan keçmək kifayətdir.

Əgər artıq "Bonus Plus" kartınız varsa, mobil əlavənizdə "Şifrəmi unutdum" düyməsini tıklayıb, anketdə qeyd etdiyiniz mobil telefon nömrənizi daxil edin və Sizə SMS vasitəsi ilə yeni şifrə göndəriləcək.

Proqrama qoşulma və iştirak tam pulsuzdur.

 

Bonusları necə toplamaq olar?

Bonus qazanmaq üçün hər ödəniş zamanı, Sizə təqdim olunan qəbz üzərindəki QR-kodu "Bonus Plus" mobil əlavəsi vasitəsi ilə oxutmaq kifayətdir.

QR-kodu oxutmaq üçün, mobil əlavənizdən "QR" düyməsini tıklayaraq, QR-kod oxuyucu skaneri aktiv edib sadəcə qəbz üzərindəki QR-koda tuşlayın.

Əgər bonusu "Bonus Plus" kartı ilə yükləmək istəyirsinizsə, ödəniş zamanı sadəcə kartınızı təqdim edin.

 

Bonusları necə xərcləmək olar?

Topladığınız bonusları xərcləmək üçün alış-veriş və ya ödəniş etdiyiniz ticarət nöqtələrində yerləşdirilmiş xüsusi QR-kodu "Bonus Plus" mobil əlavəsi vasitəsi ilə oxudun və əvəzində təsdiq kodu alın. Həmin təsdiq kodunu ticarət nöqtəsinin əməkdaşlarına təqdim edərək, ödənişinizi bonus hesabına həyata keçirin.

Əgər ödənişi "Bonus Plus" kartı ilə etmək istəyirsinizsə, ödəniş zamanı sadəcə kartınızı təqdim edib, istifadə ediləcək məbləği bildirin.

 

"Bonus Plus" kartını itirdikdə və ya mobil əlavənin şifrəsini unutduqda nə etməli?

"Bonus Plus" kartını itirdikdə, *3232 nömrəsinə zəng edib, mütləq bu haqda məlumat verməlisiniz. Müraciətin əsasında idarəedici şirkət həmin kartı blok edir. Əvəzində iştirakçı mobil əlavəni yükləməlidir, harada o, "Şifrəmi unutdum" düyməsini tıklayıb, anketdə qeyd olunmuş mobil telefon nömrəsini daxil edir və SMS vasitəsi ilə göndərilən yeni şifrə ilə şəxsi kabinetinə daxil olur.

Əgər "Bonus Plus" mobil əlavənizdə şifrənizi unutmusunuzsa, yuxarıda qeyd olunan addımlarla, hesabınızı bərpa edə bilərsiniz.

 

Əsas qeydlər:

-  "Bonus Plus" mobil əlavəsi Android və iOS əməliyyat sistemlərində çalışan smartfonlar üçün nəzərdə tutulub;

-  "Bonus Plus" mobil əlavəsi vasitəsi ilə əməliyyatın keçirilməsi üçün telefonunuzda 3G/4G internet və ya Wi-Fi aktiv olmalıdır;

-  "Bonus Plus" mobil əlavəsini və ya kartını 1 (bir) ildən artıq bonus qazanmaq və ya xərcləmək məqsədi ilə istifadə etməyən istifadəçilərin balansları proqramın şərtlərinə əsasən sıfırlanacaq.

 

 

 ************ 

QAYDALAR VƏ ŞƏRTLƏR

"Bonus Plus" proqramının iştirakçısı, qeydiyyatı, həmçinin www.bonusplus.az saytında şəxsi kabinetdəki məlumatın qorunulması və məxfiliyinə görə özü məsuliyyət daşıyır. İdarəedici şirkət , ondan asılı olmayan səbəblərə görə proqram iştirakçının şəxsi məlumatının üçüncü şəxslər tərəfindən istifadəsindən irəli gələn zərərə görə heç bir məsuliyyət daşımır.

Alış-veriş və ya ödəniş zamanı "Bonus Plus" proqramının üzvü olduğunuzun bildirməyi mütləqdir. Əks halda müştərinin bonus balansı ilə əməliyyatlar mümkün olmayacaq.

"Bonus Plus" kartı «Integral» QSC-in (İdarəedici şirkət) mülkiyyətidir və üçüncü şəxslərə verilə bilməz.

"Bonus Plus" proqramının iştirakçısı kartın qorunulmasına görə özü məsuliyyət daşıyır. Kartın itirilməsi və ya zədələnməsi hallarında iştirakçı bununla bağlı idarəedici şirkətin *3232 nömrəli məlumat mərkəzinə müraciət etməlidir.

İştirakçı "Bonus Plus" hesabını bonus yüklənilməsi və ya xərclənməsi məqsədi ilə 1 (bir) il müddətində istifadə etmirsə, balansdakı bonuslar idərəedici şirkət tərəfindən xəbərdarlıqsız ləğv oluna bilər.

İdarəedici şirkət istənilən zaman əvvəlcədən xəbərdar etmədən bu şərtləri dəyişə və ya əlavə edə bilər. Dəyişikliklər haqda məlumat proqramın www.bonusplus.az saytı, sosial şəbəkələr və mobil əlavədə yerləşdiriləcək.

Həmçinin, İdarəedici şirkət istənilən zaman, www.bonusplus.az saytında bu haqda məlumat yerləşdirərək, "Bonus Plus" proqramını müvəqqəti və ya tam dayandırmaq ixtiyarındadır. İdarəedici şirkət proqramını müvəqqəti və ya tam dayandırmasına görə məsuliyyət daşımır.

"Bonus Plus" kartı bank, kredit, taksit və ya digər kart növlərindən deyil və yalnız "Bonus Plus" proqramı çərçivəsində istifadə edilə bilər. Bonuslar nağd şəkilində ifadə oluna bilməz və nağd pula dəyişdirilməsi mümkün deyil.

İdarəedici şirkət vaxtaşırı öz təşəbbüsü əsasında özü seçdiyi məlumatlandırma vasitələrindən (zəng, sms və ya e-mail) istifadə edərək istənilən iştirakçıya xəbər və bildirişlər göndərə bilər.

İdarəedici şirkət istənilən iştirakçının bildiriş və ya xəbərdarlıqsız "Bonus Plus" proqramında iştirakını növbəti hallar zamanı dayandıra bilər:

  • İştirakçının bu qaydalara və şərtlərə və həmçinin aksiya və digər təkliflərin qayda və şərtlərinə riayyət etməməsi zamanı;
  • Proqramın digər iştirakçılarına, idarəedici şirkətə və onun partnyorlarına və həmçinin üçüncü şəxslərə qarşı müxtəlif maddi və mənavi zərər gətirən hərəkətlər zamanı;
  • "Bonus Plus" hesabının bu şərtlər və qaydaların, həmçinin Azərbaycan Respublikasının qanunvericilik normalarının pozulması ilə istifadə zamanı;
  • "Bonus Plus" proqramı çərçivəsində iştirakçıya verilən hüquqlardan sui-istifadə zamanı;
  • İdarəedici şirkətə və proqramın partnyorlarına yanlış məlumatların yaydığı zamanı;
  • "Bonus Plus" hesabının 1 (bir) il ərzində bonus yüklənilməsi və ya xərclənməsi məqsədi ilə istifadə etmədiyi halda;
  • Dövlət orqanlarının tələbləri əsasında;

Yuxarıda göstərilən səbəblərə əsasən iştirakı dayandırıldığı təqdirdə, iştirakçının bonus hesabı ləğv olunur.

"Bonus Plus" proqramının çərçivəsində əldə edilən məhsulun (malın və ya xidmətin) qaytarılması zaman, iştirakçıya ödənilən məbləğ qaytarılır və həmin məhsulun alış-veriş zamanı yuklənilmiş və ya istifadə olunmuş bonuslar yenidən hesablanılır (ləğv olunur və ya qaytarılır). Qaytarılma zamanı, qaytarılmanın səbəbi istehsal qüsuru olmadığı, müştəri bonusları istifadə etdiyi halda və ləğv üçün bonusların sayı kifayət etmirsə, həmin məbləğ müştəriyə qaytarılan məbləğdən çıxılacaq.  Məhsulun qaytarılması zamanı müştəri ödəniş qəbzini və bonus yükləmə və ya istifadə haqda qəbzi təqdim etməlidir. Qaytarılma şərtləri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

Bonuslar, iştirakçının hesabına səhvən və ya üçüncü şəxslərin qanuna zidd olan müdaxiləsi  nəticəsində yüklənildiyi halda və ya "Bonus Plus" proqramının şərtləri ilə nəzərə alınmış digər əsaslarla, idarəedici şirkətinin tərəfindən öz təşəbbüsü ilə ləğv oluna bilər.

 

Müştəri "Bonus Plus" proqramına qoşulmaqla, qeyd edilən bütün qaydalar və şərtlərlə, həmçinin mütəmadi edilən dəyişikliklər və əlavələrlə razı olduğunu təsdiqləyir.

Əgər siz sistemdən istifadə etməyə davam etmək istəyirsinizsə, xahiş edirik sistemə daxil olun.