MOBİL ƏLAVƏ

"Bonus Plus" artıq mobil telefonlarda! 

Artıq "Bonus Plus" plastik kartını üzərinizdə gəzdirməyə ehtiyyac yoxdur. Plastik kart əvəzinə smartfonunuzda virtual kart istifadə edin.
Bunun üçün:
- "Bonus Plus" mobil əlavəsini Play Market və AppStore-dan yükləyin;

- "ŞİFRƏMİ UNUTDUM" düyməsini seçin, "Bonus Plus" plastik kartını aldığınız zaman anketdə saxladığınız mobil telefon nömrəsini daxil edin və Sizə daxil etdiyiniz telefon nömrəsinə SMS vasitəsi ilə yeni şifrə göndəriləcək. Bundan sonra Siz rahatlıqla "Bonus Plus" kartınızı mobil əlavəsində istifadə edə bilərsiniz.

 

 - Əgər "Bonus Plus" plastik kartınız yoxdursa, o zaman sadəcə mobil əlavədə qeydiyyat formasını dolduraraq, dərhal virtual kartınızı əldə edə bilərsiniz.

 

 - Bonus qazanmaq üçün Sizə təqdim olunan qəbz üzərindəki QR-kodu mobil əlavədən QR oxuyucu vasitəsi ilə skan edin. QR oxuyucunu aktiv etmək üçün mobil əlavəni menüsunda "QR" menüsunu seçin.

 - Bonus istifadə etmək və bonus hesabına ödəniş etmək üçün olduğunuz ticarət nöqtəsində xüsusi QR-kodu mobil əlavədən QR oxuyucu vasitəsi ilə skan edib, istifadə etmək istədiyiniz bonus məbləğini daxil edin və əvəzində Sizə göndərilən TƏSDİQ KODUNU ticarət nöqtəsinin əməkdaşlarına təqdim edin. QR oxuyucunu aktiv etmək üçün mobil əlavəni menüsunda "QR" menüsunu seçin.

Ətraflı məlumat üçün *3232 nömrəsinə zəng edin

 

Əgər siz sistemdən istifadə etməyə davam etmək istəyirsinizsə, xahiş edirik sistemə daxil olun.