Kampaniya

Ad gününüzdə ikiqat bonus!

"Bonus Plus", "By CafeCity" kafelər şəbəkəsi ("Cafecity Wine", “CafeCity Qız Qalası”), və "La Quzu" milli mətbəx restoranı doğum gününü qeyd edən müştərilər üçün xüsusi kampaniyaya start verdi. İndi, bu ticarət nöqtələrində ad gününüzdə alış-veriş edin və qazandığınız bonusların ikiqatını qazanın!

 

Kampaniyanın şərtləri:

- Kampaniya "Ad gününüzdə ikiqat bonus" yalnız ad günlərini qeyd edən "Bonus Plus" proqramının iştirakçıları üçün xüsusi təklifdir və bütün "By CafeCity" kafelər şəbəkəsi ("CafeCity Wine", “CafeCity Qız Qalası”), və "La Quzu" milli mətbəx restoranında keçərlidir;

- Kampaniya hər səbəbkar üçün yalnız 2 (iki) gün etibarlıdır: ad günündən bir gün qabaq və ad günündə. Kampaniya çərçivəsində bu iki gün ərzində həmin müştəri üçün alış-verişin məbləğində və sayında heç bir məhdudiyyət yoxdur;

- Kampaniya bütün bonus nəzərdə tutulmuş məhsullar üçün etibarlıdır;

- Kampaniya digər kampaniyalara daxil olan və bonus nəzərdə tutulmamış məhsullara aid deyil;

- Kampaniyanın şərtlərinə görə bonuslar "Bonus Plus" terminalında nəzərdə tutulmuş məhsulların kateqoriyalarına uyğun olaraq, ikiqat hesablanır;

- Kampaniyanın şərtlərinə görə "Bonus Plus" istifadəçisi ad gününə 1 (bir) gün qalmış SMS vasitəsi ilə təbrik edilir və məlumatlandırılır ki, o 2 (iki) gün ərzində xüsusi ikiqat bonus təklifindən yararlana bilər;

- SMS-in göndərilməsi və bonusların hesablanması, istifadəçinin anketə və ya "Bonus Plus" mobil əlavəsində qeydiyyat zamanı daxil etdiyi doğum tarixi və əlaqə nömrəsinin əsasında, avtomatik rejimdə baş verir.

- Proqramın təşkilatçıları, "By CafeCity" kafelər şəbəkəsi ("CafeCity Wine", “CafeCity Qız Qalası”), və "La Quzu" milli mətbəx restoranı istifadəçinin anketə daxil etdiyi məlumatların doğruluğuna görə heç bir məsuliyyət daşımırlar;

- İstifadəçi anketə və ya mobil əlavəyə əlaqə nömrəsini səhv daxil etdiyi halda, SMS təbriki ikiqat bonus hesablanma məlumat ilə digər istifadəçiyə göndəriləcək, o səbəbdən ad gününü qeyd edən istifadəçi həmin SMS-i almayacaq, lakin sistemdə istifadəçinin "Bonus Plus" kartı və mobil əlavə üçün xüsusi təklif qüvvədə olacaq, ancaq istifadəçi o barədə xəbərsiz olacaq. Əlaqə nömrəsi səhvən qeyd olunan istifadəçi, SMS-i almağına baxmayaraq, xüsusi təklifdən yararlana bilməyəcək;

- İstifadəçi anketə və yaxud "Bonus Plus" mobil əlavəsinə doğum tarixini səhv daxil etdiyi halda, ikiqat bonus hesablanması təklifi, anketə daxil edilən doğum tarixində qüvvədə olacaq;

- İstifadəçi xüsusi təklifdən ad günündə yararlanmaq istədiyi halda, 3 (üç) iş günü ərzində "By CafeCity" kafelər şəbəkəsi ("Cafecity Wine", “CafeCity Qız Qalası”), və "La Quzu" milli mətbəx restoranına; və ya *3232 əlaqə nömrəsinə səhv məlumatı düzəltmək xahişi ilə müraciət etməlidir. Bunun üçün istifadəçi öz Şəxsiyyət vəsiqəsinin surətini və ya skanını təqdim etmək və "Bonus Plus" hesabının (kart, virtual kart) seriya nömrəsini qeyd etməlidir.

Əgər siz sistemdən istifadə etməyə davam etmək istəyirsinizsə, xahiş edirik sistemə daxil olun.