"Nakhish" milli mətbəx restoranında 6%-dək Bonus

Sizin üçün bir şad xəbərimiz var! Böyük məmnuniyyətlə Sizə, “City Catering” şirkətinin yeni layihəsi olan və milli mətbəximizi yüksək səviyyədə təmsil edə biləcək “Nakhish” restoranını təqdim edirik! Xatırlatmaq və qeyd etmək istərdik ki, 7 il əvvəl biz, özünün yüksək səviyyəli xidməti və ləzzətli yeməkləri ilə Bakı sakinlərinin və şəhərimizin qonaqlarının rəğbətini qazanmış, ölkəmizin seçilən milli brendlərindən olan “Cafecity”-ni Sizlərə təqdim etmişdik! Tərəfdaşlarımızın və müştərilərimizin rəyləri və istəkləri, bizi yeni milli brend olan “Nakhish” restoranını açmağa, peşəkar və virtuoz aşpazlarımızın hazırladıqları milli mətbəximizin ən nəfis nümunələrini sizlərə təqdim etməyə sövq etdi. Bu yerin əsas füsunkarlığı, “Nakhish”ın abu-havası və milli ənənəvi koloritin peşəkar şəkildə tərənnüm edilməsindədir. Biz burada hər bir xırdalığı belə düşünərək, Sizin üçün özünüzü rahat hiss edəcək ecazkar bir məkan yaratmağa çalışmışıq.

Hesab ödəyərkən Bonus Plus kartınızı təqdim edin, ödədiyiniz məbləğdən 6% qədər bonus qazanın: əsas menü-3%; take away-6%

Toplanılan bonusları Siz istənilən zaman həm "Nakhish"-da həmdə proqramın digər partnyorlarına aid obyektlərdə istifadə edə bilərsiniz (Maxi.az, Integralplus, Samsung Store, Cafecity və Viva)

Ünvan: Nərimanov ray., Məmməd Araz küç. 107B

Tel: 050 444 60 66

https://www.nakhish.az 

https://www.facebook.com/pg/nakhishbaku

Əgər siz sistemdən istifadə etməyə davam etmək istəyirsinizsə, xahiş edirik sistemə daxil olun.